"Hər ay virusdan 1000-1300 ölü sayımız olacaq"- Mqdesyan

 "Hər ay virusdan 1000-1300 ölü sayımız olacaq"- Mqdesyan
  23 Oktyabr 2021    Oxunub:648
Son zamanlar Ermənistanda koronavirus infeksiyası ciddi fəsadlar törətməkdə davam edir. Ölüm və yoluxma sayının artması səhiyyə sisteminin yükünü daha da artırırb. Həkimlər və mütəxəssislər isə həyəcan təbili çalırlar.
AzVision.azxəbər verir ki, “Media Mərkəzi” proqramının redaktoru Arşaluys Mqdesyan yerli mediaya verdiyi açıqlamada deyib ki, ciddi tədbirlər görülməsə proseslər faciəvi hal alacaq.

"Ermənistan ölüm sayına görə regional liderdir"- Epidemioloq
- Bu gün Ermənistanda 42 nəfər koronavirus infeksiyasından ölüb. Onların arasında 2 hamilə qadın da olub. Beləliklə, deyə bilərəm ki, ayda 1000-1300 ölü sayımız olacaq. Və bu insanlar əgər peyvənd olunarlarsa yaşayacaqlar. Təbii ki, əgər həyatda qalmaq istəyən həmin kütlə koronavirusdan dediyim üsullarla qorunarlarsa ağır statistika müşahidə olunmaz. Müharibə zamanı ölülərin sayı gündə 50-100 nəfər idi. Bu, isə hazıra mövcud olan bir müharibədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Koronavirus   Ölü  





Xəbər lenti