Şənlik mərasimlərinin keçirildiyi məkanlara polis qrupları cəlb edilib - DİN

Şənlik mərasimlərinin keçirildiyi məkanlara polis qrupları cəlb edilib -    DİN
  22 Oktyabr 2021    Oxunub:894
Bakıda və respublikanın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. COVID-19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“COVID-19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır. Şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq”, - nazirlikdən bildirilib.

AzVision.az



Teqlər: DİN   COVİD-pasport  





Xəbər lenti