DGK sədri "Xanoba" gömrük postundakı tikinti işləri ilə tanış olub
Gömrük-keçid məntəqəsində həyata keçirilən tikinti və yenidənqurma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasında, idxal-ixrac nəzarət xəttlərində, postun inzibati binasında tikinti işlərinin gedişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, inşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam -aradan qaldırılmasına şərait yaradacaq.
AzVision.az