Daha bir məktəb distant təhsilə keçib

Daha bir məktəb distant təhsilə keçib
  22 Oktyabr 2021    Oxunub:537
Azərbaycanda daha bir məktəbdə dərslər koronavirusa görə dayandırılıb. AzVision.az xəbər verir ki, Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.
Məlumata görə, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb. Oğuz Rayon Təhsil Şöbəsindən bildirilib ki, dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.

AzVision.az



Teqlər: Məktəb   Virus  





Xəbər lenti