ABŞ-da pandemiya dövründə 93 min insan güllələnib

   ABŞ-da pandemiya dövründə  93 min insan güllələnib
  22 Oktyabr 2021    Oxunub:515
COVID-19 pandemiyasının şiddətləndiyi dövrdə Birləşmiş Ştatlarda odlu silahdan istifadə edilməsi hallarının sayı virusun yayılmasından əvvəlki dövrlə müqayisədə 30 faiz artıb.
AzVision.az xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalı məlumat yayıb. Qeyd olunub ki, araşdırma 50 ştatda və Kolumbiya dairəsində 2019-cu il fevralın 1-dən bu ilin martın 31-nə qədər olan dövr ərzində aparılıb.

Belə ki, 2019-cu il fevralın 1-dən bu il martın 31-nə qədər olan müddətdə odlu silahdan istifadə nəticəsində yaralanma və ya ölüm hallarının sayı təqribən 93 minə bərabər olub.

2020-ci il martın 1-dən bu il martın 31-nə qədər, yəni COVID-19-a yoluxmuş şəxslərin sayının kəskin artdığı dövrdə 51 mindən çox hadisə baş verib. Tədqiqatçıların sözlərinə görə, bu, 2019-cu il fevralın 1-dən keçən il fevralın 29-na qədər olan dövrlə müqayisədə 31 faiz çoxdur. Həmin dövrdə odlu silahdan istifadə edilməklə bağlı zorakılıq faktlarının sayı 39 mindən bir qədər az olub.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti