Azərbaycana iki minaaxtaran it gətirilib

Azərbaycana iki minaaxtaran it gətirilib
  22 Oktyabr 2021    Oxunub:804
Bosniya və Herseqovinada Minaaxtaran İt Mərkəzində xüsusi təlim keçmiş iki minaaxtaran it Azərbaycana gətirilib.
ANAMA-dan AzVision.az -a bildirilib ki, “Bak” və “Elma” adlı itlər Azərbaycanda minatəmizləmə əməliyyatlarında istifadə olunacaq. Qeyd edək ki, bu il avqustun 26-da Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.

Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.

Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb. Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək.


AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti