Hava 7 dərəcə soyuyacaq, rayonlara qar yağacaq
Azərbaycanın rayonlarında oktyabrın 25-i axşamdan 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
AzVision.az
Teqlər: Hava