“Azərtütün” özəlləşdirilməyə çıxarılıb
Müsabiqə qalibi Səhmdar Cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 6 milyon 300 min manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.
İnvestisiya müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində ASC-nin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://bit.ly/3lICGrF link vasitəsilə tanış olmaq olar. İddiaçıların ərizə və təkliflərinin qəbulu 2021-ci il noyabrın 17-dək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq. Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2021-ci il noyabrın 18-i saat 11:30-dan başlayaraq həyata keçiriləcək.
AzVision.az
Teqlər: