"Ermənilər son çörək pulunu korona testlərinə xərcləyirlər"- Mkrtçyan

"Ermənilər son çörək pulunu korona testlərinə xərcləyirlər"-   Mkrtçyan
  22 Oktyabr 2021    Oxunub:1093
Ermənistanda vaksinasiyadan keçməyən işçilərin ayda iki dəfə öz hesabına test verməsi narazılığa səbəb olub.
AzVision.az xəbər verir ki, tanınmış ictimai fəal Mher Mkrtçyan hazırda sadə vətəndaşlar üçün ən böyük problemin test vermək olduğunu deyib.

- Peyvənd olunubsunuz ya yox? Bu insanın şəxsi qərarı olmalıdır. Vətəndaşların hər 14 gündən bir testdən keçmədiyi üçün işdən çıxarılmaqla hədələnməsi qanunsuzdur. Ermənilər öz uşağının ağzından çörəyi çıxarıb deyə bilməz ki, onu başqasına verəcək, ata yaxud da ana tibb işçilərinin yanına gedib test verəcək. Məsələn, kinoteatrlarda işləyən insanlar 60-70 min dram alırlar və indi Nikolun qurduğu sistemin nəticəsi olaraq "sıxışdırılırlar", onlar işsiz qala bilərlər. İnsanlar son çörək pulunu korona testlərinə xərcləyirlər.

Hörmətli bizim seçdiyimiz deputatlar, sizə müraciət edirəm. Bilirəm ki, heç nəyi dəyişə bilməzsiniz. Amma cəhd edin.

Qeyd edək ki, Ermənistan vaksinasiya səviyyəsinə görə ən aşağı göstəriciyə malik olan ölkələrdən sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Test   Ermənistan  





Xəbər lenti