Eks-deputat və bacısı saxta vaksin sənədi ilə saxlanıldı

   Eks-deputat və bacısı saxta vaksin sənədi ilə saxlanıldı
  22 Oktyabr 2021    Oxunub:700
Ukrayna polisi ölkəyə saxta sənədlə daxil olmağa cəhd edən eks-deputatı saxlayıb. Keçmiş deputatla yanaşı onun bacısından da saxta COVID-19 sertifikatı aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsi məlumat yayıb.

“Bu günlərdə "Borispol" hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları sənədlərin yoxlanılması zamanı saxta COVID-19 sertifikatı olan iki qadın aşkar ediblər. Təqsirləndirilən şəxslərdən birinin keçmiş deputat olduğu müəyyən edilib. Qanun pozuntusu ilə bağlı məlumat polisə ötürülüb”, - məlumatda deyilir.

“Ukrinform”un müxbiri hüquq-mühafizə orqanlarındakı mənbələrdən öyrənib ki, polisin yaydığı məlumatda söhbət Nadiya Savçenko və onun bacısı Veradan gedir.



Qeyd edək ki, bu gün daxili işlər naziri Denis Monastırski bildirib ki, hüquq-mühafizə orqanları peyvənd sertifikatlarının saxtalaşdırılması faktı ilə bağlı 800-ə yaxın cinayət işi açıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Sertifikat  





Xəbər lenti