İrəvanda eks-deputat 5 il əvvəlki davaya görə həbs edildi

İrəvanda eks-deputat 5 il əvvəlki davaya görə həbs edildi
  22 Oktyabr 2021    Oxunub:1121
"Çiçəklənən Ermənistan" partiyasının üzvü, keçmiş millət vəkili Canibek Ayrapetyan həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə "Tert.am"a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tajosyan məlumat verib.
Onun sözlərinə görə, Hayrapetyan Cinayət Məcəlləsinin 112 -ci maddəsi üzrə (qəsdən xəsarəti yetirmə və ya sağlamlığa ağır zərər vurma) saxlanılıb.

"Hraparak" isə ki, sabiq deputatın saxlanmasının bəzi təfərrüatlarını öyrənib. Məlum olub ki, o, 2016-cı ildə dava edərək sadə vətəndaşlardan birini döyüb. Hadisədən 5 il sonra məhkəmənin Ayrapetyanın həbsi barədə qərar çıxarması isə bəzi suallar doğurur. Bir sıra müxalifyönlü saytlar həbsin siyasi motivlər əsasında baş tutduğunu iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti