"Qarabağ müharibəsində medianın ikiüzlu davranışını gördük" - Ərdoğan

   "Qarabağ müharibəsində medianın ikiüzlu davranışını gördük" -    Ərdoğan
  22 Oktyabr 2021    Oxunub:1931
"44 gün davam edən Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışın şahidi olduq".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Media forumunda çıxışı zaman deyib.

Ərdoğan qeyd edib ki, Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını ballistik raketlərlə qətlə yetirməsi heç gündəmə gətirilmədi. Onun sözlərinə görə, media müstəqilliyindən və obyektivlikdən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentlikləri kimi hərəkət etdi.

"Qarabağ müharibəsi, ölkələrimiz və türk dünyası ilə bağlı həqiqətlərə tətbiq edilən media embarqosu nə ilk, nə də son nümunədir. Qondarma "soyıqırım" başda olmaqla tariximizi, milli təhlükəsiliyimizi və millətimizin dəyərlərini hədəf alan bir çox məsələdə bənzər münasibətlə qarşılaşırıq. Yaşadığımız acı təcrübələrin işığında hamımız bu həqiqəti aydın şəkildə görə bilirik. Necə ki, müdafiə sənayesi və hərbi məsələlərdə tamamilə əcnəbilərə güvənmirik, media sahəsində də eyni cür davranmalıyıq. Bizə daim insan haqları, demokratiya, azadlıq dərsləri verənlərin vicdanına, peşə etikasına etibar edə bilmərik. Digər strateji məsələlərdə olduğu kimi, media və rabitə məsələsində özümüz birlikdə hərəkət etməliyik”, - Ərdoğan söyləyib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti