"NATO Rusiyaya qarşı silah istifadə edə bilər" - Nazir
"Heç kim Baltikyanı və Qara dənizdəki alyans tərəfdaşlarına hücum etməyi düşünməməlidir”, - o vurğulayıb.
Nazir deyib ki, Moskva bu dövlətlərin hava məkanını sistematik şəkildə pozur, buna görə də onun qorunmasına xüsusi diqqət yetirilməlidir. Kramp-Karrenbauer, həmçinin Rusiyanı davamlı kiberhücumlarda, Belarus və Aİ ölkələri sərhədində miqrasiya böhranını qızışdırmaqda ittiham edib.
Xatırladaq ki, Rusiya dəfələrlə bəyan edib ki, heç bir ölkəyə qarşı aqressiv niyyəti yoxdur. Rusiya təyyarələrinin bütün uçuşları beynəlxalq qaydalara ciddi riayət etməklə həyata keçirilir.
Pərvanə Sultanova
AzVision.az