Putin: “Sərhədlər sovet dövründən qalma xəritələr əsasında həll edilə bilər”

      Putin:    “Sərhədlər sovet dövründən qalma xəritələr əsasında həll edilə bilər”
  21 Oktyabr 2021    Oxunub:1453
Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövründən qalma xəritələr əsasında həll edə bilər, lakin bu proses qarşılıqlı kompromislər tələb edir,
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq klubunun plenar iclasında çıxış edərkən deyib. O bildirib ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil”.

"İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

Putin əlavə edib ki, bütövlükdə regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır: “Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Mən burada dinc, yanaşı yaşamağı vurğulamaq istəyirəm. Bunda isə hamı maraqlıdır”.

AzVision.az




Teqlər: Azərbaycan   Rusiya   Ermənistan   Qarabağ  





Xəbər lenti