Qafanın 4 kəndinə gedən yol artıq Azərbaycandan keçir

      Qafanın 4 kəndinə gedən yol artıq Azərbaycandan keçir
  21 Oktyabr 2021    Oxunub :2441
Zəngilan ərazisinə aid olan və Ermənistanın Qafan şəhərinə yaxın ərazidə yerləşən Ağdağ yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi ermənilərin yaşadığı dörd kəndə - Xdrants, Əgərək, Yeqvard və Uzanisə gedən yolun bir hissəsinin Azərbaycan ərazisində qalması ilə nəticələnib.
AzVision.az bildirir ki, Azərbaycan Ordusunun Ağdağ yüksəkliyində yerləşən mövqeləri adı çəkilən bu kəndlər də daxil olmaqla, ümumilikdə 6 erməni yaşayış məntəqəsinə vuzual nəzarəti təmin edir.

Erməni kəndlərinə gedən yolun Azərbaycandan keçən hissəsində yeni nəzarət-buraxılış məntəqəsi, gömrük və polis postlarının yaradılması istisna deyil. Bundan yayınmaq üçün Ermənistan ya alternativ yol inşa etməli, ya da müəyyən güzəştlərə getməlidir.

Müharibənin başa çatmasından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində hər gün hansısa nailiyyətə imza atır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az

Teqlər: Qafan   Sərhəd  







Xəbər lenti