İrəvanda gülüş doğuran hadisə: "Qələbə" kitabının təqdimatını keçirdilər

    İrəvanda gülüş doğuran hadisə:    "Qələbə" kitabının təqdimatını keçirdilər
  18 Oktyabr 2021    Oxunub :1068
Ermənistanda gülməli hadisə baş verib. AzVision.az xəbər verir ki, yerli media "Qələbə Kitabı" adlı kitabın təqdimatının keçirilməsindən yazıb.
İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş erməni əsgərlərdən birinin anasının yazdığı kitabın hansı səbəbdən qələbə adlandırılması isə izah olunmayıb. Müəllif Vahaqn Jamkoçyanın sözlərinə görə, kitabı yazmaq istəyi təsadüfən baş verib. O döyüşlərdə öldürülmüş əsgərlərin valideynlərinin əziyyət çəkdiyini görərək belə bir əsəri ərsəyə gətirib. Maraqlıdır ki, Jamçokyan kitaba cəmi 63 əsgəri salıb.

Məğlub ölkədə İkinci Qarabağ müharibəsinə aid dərc edilən kitaba "Qələbə" adının verilməsi erməni anormallığının daha bir nümunəsi kimi qiymətləndirilə bilər.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ermənistan   Kitab  







Xəbər lenti