Rusiya ordusu yeni sualtı robotlarla silahlanır

 Rusiya ordusu yeni sualtı robotlarla silahlanır
  18 Oktyabr 2021    Oxunub:1162
Rusiya Ordusunda yeni sualtı robot istifadəyə verilib. AzVision.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Müdafiə Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya Hərbi Dəniz Qüvvələri su hövzələrində hərəkət edən təxribatçıları aşkarlayacaq müasir pilotsuz aparatları sınaqdan keçirir. Suyun altında uzun müddət hərəkət edə bilən bu cihazlar burada baş verən prosesləri effektli şəkildə izləyə və qorunan obyektlərə qarşı təhdid və təhlükələri vaxtında aşkar edə bilir.

- Robotların ilk partiyası artıq diversiya əleyhinə qüvvələr tərəfindən sınaqdan keçirilib. Mənbə sualtı pilotsuz uçan aparatların həm onu idarə edən operatorun əmri ilə, həm də tamamilə avtonom rejimdə işləyə biləcəyini bildirib-, məqalədə yazılıb.

Qeyd edək ki, bir müddət öncə hərbi ekspert Yakob Kedmi Rusiyanın sualtı donanmasının özünüinkişaf məsələlərində ABŞ -ı qabaqladığını söyləmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Robot  





Xəbər lenti