Cüdoçularımız “Böyük dəbilqə”ni 2 medalla başa vurublar

Cüdoçularımız “Böyük dəbilqə”ni 2 medalla başa vurublar
  17 Oktyabr 2021    Oxunub:788
Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparıb.
AzVision.az xəbər verir ki, Murad Fətiyev (81 kq) startda Tim Qramkov (Almaniya), Məmmədəli Mehdiyev (90 kq) Aleksis Mathieuya (Fransa) uduzub. Digər təmsilçimiz - 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşangi Kokauri əvvəlcə Emre Sanal (Türkiyə), daha sonra Mbaqnik Ndiayeni (Seneqal) məğlub edərək yarımfinala vəsiqə qazansa da, bu mərhələdə rusiyalı İnal Tasoyevin öhdəsindən gələ bilməyib. Cüdoçumuz üçüncü yer uğrunda isə niderlandlı Yur Spaykersiyə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, komandamız turniri 2 medalla başa vurub. Belə ki, yığmamızın üzvü Balabəy Ağayev (60 kq) “Böyük dəbilqə” turnirinin qalibi olub. Digər cüdoçumuz Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Komandamız yarışda 9 cüdoçu ilə təmsil olunub. Turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti