Hərbi qulluqçularımız “Dağ komando kursu”nu bitirdilər

   Hərbi qulluqçularımız “Dağ komando kursu”nu bitirdilər
  17 Oktyabr 2021    Oxunub:1907
Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, buraxılış mərasimində Azərbaycandan nümayəndə heyəti və ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonda məzunlara kursu müvəffəqiyyətlə bitirmələri barədə sertifikatlar təqdim olunub.

AzVision.az


Teqlər: “Dağkomandokursu”  





Xəbər lenti