Rustavidə Saakaşvilinin əleyhdarları aksiya keçirir

Rustavidə Saakaşvilinin əleyhdarları aksiya keçirir
  16 Oktyabr 2021    Oxunub:1236
Gürcüstanın Rustavi şəhərində sabiq prezident Mixeil Saakaşvilinin əleyhinə aksiya keçirilir.
AzVision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bir neçə yüz insan onun cəza çəkdiyi həbsxanasının yaxınlığına toplaşıb.

Onlar Saakaşvilini hakimiyyətdə olduğu dövründə insanları repressiyalara və siyasi təqiblərə məruz qoymaqda ittiham ediblər.

“Sən həbsxanadan çıxmayacaqsınız ", - keçmiş siyasi məhbus Tristan Çitelşvili deyib.

Həmçinin, aksiyada “Qatil”, "Zülmkar”, "Cəllad" şüarları səsləndirilib. Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   Aksiya  





Xəbər lenti