Xarici diplomatlar Şıxarx qəsəbəsində ağac əkiblər

   Xarici diplomatlar Şıxarx qəsəbəsində ağac əkiblər
  16 Oktyabr 2021    Oxunub:810
Şıxarx qəsəbəsində Azərbaycandakı diplomatik korpusun nümayəndələri xatirə olaraq 150 şam ağacı əkiblər.
AzVision.az xəbər verir ki, əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ərazi haqqında məlumat verib. Bildirib ki, 1978-ci ildə ermənilər buraya gəlmələrinin 150 illiyi ilə bağlı abidə qoymuşdular. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, ermənilərin Qafqaza, xüsusilə Azərbaycana köçürülməsi başlanıb. Münaqişə dövründə, yəni, 1991-1992-ci illərdə bu abidə ermənilərin özləri tərəfindən dağıdılıb.

Azərbaycan Ordusu qəsəbəni erməni işğalçılarından təmizlədikdən sonra buranın adı dəyişdirilib. Burada Vətən müharibəsi şəhidlərinin hər birinin adına meyvə ağacı əkilib. Sonra səfər iştirakçıları ağac əkiblər.

AzVision.az



Teqlər: Ağac   Diplomat  





Xəbər lenti