"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib

"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
  16 Oktyabr 2021    Oxunub:1368
Əfqanıstanda "Taliban" hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətin nümayəndə heyəti Özbəkistana səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin sözçüsü Yusup Kabuljanov məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinə müvəqqəti hökumətin baş nazirinin müavini Abdul Salam Hənəfi rəhbərlik edir. Onlar Özbəkistanın baş nazirinin müavini Sərdor Umurzakovla danışıqlar aparıb.

Xatırladaq ki, bir neçə gün əvvəl müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottəkinin rəhbərlik etdiyi heyət Türkiyəyə səfər edib və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Taliban   Özbəkistan  





Xəbər lenti