Akobyanın bahalı telefonu narazılığa səbəb oldu

Akobyanın bahalı telefonu narazılığa səbəb oldu
  16 Oktyabr 2021    Oxunub:1043
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi yenidən ölkə mətbuatının gündəminə çevrilib. AzVision.az xəbər verir ki, baş nazirin həyat yoldaşı Anna Akobyanın sosial şəbəkələrdə paylaşdığı foto narazılıq yaradıb.
Müxalifyönlü saytlar yazır ki, ölkədə iqtisadi böhran yaşandığı bir vaxtda ölkə rəhbərinin ailəsi kübar həyat keçirir, cəmi bir ay öncə satışa çıxan dünyaca məşhur bahalı model telefonlar alırlar.

- Dünən Anna Akobyan "İnstagram" səhifəsində Sankt -Peterburqda keçirilən üçüncü Avrasiya Qadın Forumuna dair fotolar yerləşdirdi. Fotolardan birində Anna cəmi bir aydır satışa çıxarılan yeni bahalı mobil telefonunu nümayiş etdirib. Bu, dünyaca məşhur "Apple"nin "İphone 13 Pro" modelidir. Onun qiyməti isə Ermənistanda 740 min dramdan başlayaraq, 1 milyon drama qədər dəyişir. Əlbəttə ki, Ermənistanın xarici borcu ilk dəfə 9 milyard dolları keçdiyi bir dövrdə bu super bahalı telefonu heç kim görə bilməz. Yüzlərlə evsiz qaçqın hər gün hökumət binasının pəncərələri altında onların sosial qayğılarına diqqət ayrılması üçün etiraz edir. Akopyan isə növbəsiz "İphone 13 Pro" alır...

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan   Akobyan   Telefon  





Xəbər lenti