Qarabağın ekoloji monitorinqinin ilkin nəticələri Prokurorluğa təqdim olunub

   Qarabağın ekoloji monitorinqinin ilkin nəticələri Prokurorluğa təqdim olunub
  16 Oktyabr 2021    Oxunub:909
“Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağdakı ekoloji vəziyyətlə bağlı etdiyimiz müraciətlərə cavab verilməyib”. AzVision.az xəbər verir ki, bunu Zeytun bağına mediatur zamanı jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb: “Yanğınla orada olan fauna və flora tamamilə məhv olub. Qarabağda təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik”.

F. Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub:

“Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquqi müstəvidə onlar törətdikləri vəhşiliklər görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki bu, bizdən asılı olan məsələ deyil. Orada minalanmış ərazilər olduğu üçün çox təhlükəli ərazilərdir.
Böyük qayıdışın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsinə hədəflənib. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər orada mərhələlərə bölünüb”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Qarabağ   Ekologiya  





Xəbər lenti