Ermənistanda ət istehsalı azalıb, qiymət isə artıb

   Ermənistanda ət istehsalı azalıb, qiymət isə artıb
  16 Oktyabr 2021    Oxunub:1171
Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra iqtisadi böhran daha da dərinləşib. Artıq bir ilə yaxındır ki, ölkədə ərzaq məhsullarının qiyməti durmadan artır.
AzVision.az xəbər verir ki, "Joğovurd" nəşri əhalinin ən çox istehlak etdiyi ərzaq məhsulu olan ətin qiymətinin bahalaşmasından yazıb.

- Bu ilin yanvar-avqust aylarında Ermənistanda ət istehsalı azalıb. Statistika Komitəsindən bildirilir ki, 2021-ci ilin səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalının həcmi 0,3% azalıb. Yeri gəlmişkən, qoyun və qoyun əti istehsalı ilə bağlı da geriləmə yaşanır. Donuz əti yanvar-avqust aylarında donuz əti istehsalı 2,4% artdığı halda, qoyun əti 3% azalıb. Quş əti istehsalında da problemlər yaşanır. Azalma 0,5% qiymətləndirilir. Bu ilin 8 ayı ərzində Ermənistan cəmi 9 milyon 19 min 800 ton quş əti istehsal edib.

"Kartofun qiyməti dolların məzənnəsinə çatıb" - Ermənistan mətbuatı
Quşçuluq təsərrüfatı ilə məşğul olanlara görə, 2020 -ci ilin sonuna qədər Gürcüstandan toyuq idxalını təşkil etmək mümkün olmadı ki, bu da quş əti istehsalına ciddi təsir etdi. Üstəlik, son aylarda toyuq əti də xeyli bahalaşıb. Eyni zamanda, idxal olunan quş ətinin də qiyməti artdı. Mütəxəssislərin fikrincə, yerli toyuğun qiyməti idxal olunan yem, qaz və elektrik enerjisinin eyni vaxtda artması səbəbindən bahalaşıb.

Qeyd edək ki, dünən erməni mediası vətəndaşların ən çox istifadə etdiyi tərəvəz növlərindən sayılan kartofun bahalaşması barədə də yazmışdı. Saytlar qışda vəziyyətin daha acınacaqlı olacağını qeyd edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ət   Ermənistan   İstehsal   Qiymət  





Xəbər lenti