İranda jurnalist qadın həbs edildi

   İranda jurnalist qadın həbs edildi
  16 Oktyabr 2021    Oxunub:1466
İranın Buşer əyalətindəki mərkəzi həbsxanada məhbuslarla qəddar davranış haqqında bəyanat verən iranlı fəal və jurnalist xanım Sapidəh Gölianın özü həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Qazeta.ru” nəşri məlumat yayıb. Belə ki, 26 yaşlı Sapidəh Gölian sentyabr ayında öz “Twitter” hesabında Buşerin mərkəzi həbsxanasında insanların psixi işgəncələrə, kollektiv şəkildə cəzalandırılmaya və zorakılığa məruz qaldıqlarını yazıb.

Bunun cavabında xanım Gölianın ailəsinin yaşadığı evə hücum edən polis jurnalisti əvvəlcə elə onun tənqid etdiyi habsxanaya aparıb. Sonradan jurnalisti Tehrandakı Evin həbsxanasına keçiriblər. Sapidəh Gölian burada onu öldürmək və zorlamaqla hədələdiklərini bildirib.

İranlı fəal və jurnalist xanım ilk dəfə 2018-ci ildə şəkər zavodunda yaşanan tətili işıqlandırdığına görə həbs olunub. Sonuncu həbsdən bir qədər əvvəl yalanlar yayması və İran hökumətinin əleyhinə təbliğat aparması ilə bağlı onun ünvanına ittiham irəli sürülmüşdü.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   jurnalist  





Xəbər lenti