"Azad Qarabağdayıq" - Türkiyə səfiri

   "Azad Qarabağdayıq" -    Türkiyə səfiri
  16 Oktyabr 2021    Oxunub:1445
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı diplomatik korpus rəhbərlərinin Qarabağa növbəti səfərində iştirak edir.
AzVision.az xəbər verir ki, bu barədə səfir Tvitterdə yazıb.

“Azərbaycandakı diplomatik nümayəndələrlə birlikdə azad Qarabağdayıq. Yer- Tərtərin Talış kəndidir”, - Bağçı yazıb.

Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı xarici diplomatların Qarabağa növbəti səfəri başlayıb. Onları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.



Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə-səfiri   Qarabağ  





Xəbər lenti