Ermənistanda koronavirusa yoluxanların sayı 280 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 280 mini keçdi
  16 Oktyabr 2021    Oxunub:551
Ermənistanda son sutka ərzində daha 1863 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 280 294 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 41 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5754-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1233 nəfərdir. Aktiv xəstələrin sayı 20 161 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti