18 oktyabr iş günüdür

   18 oktyabr iş günüdür
  16 Oktyabr 2021    Oxunub:1118
Xəbər verdiyimiz kimi, Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Qanunu təsdiqləyib.
Qanuna əsasən 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

AzVision.az - ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq.

Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti