Şəhid övladları Şuşada ağac əkdilər - FOTOLAR
Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.
Həmçinin Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dair, eyni zamanda Bakı Media Mərkəzinin film təqdimatları gerçəkləşib.
Xatırladaq ki, 25-26 sentyabr tarixini əhətə edən “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində iştirakçılar üçün müxtəlif təqdimatlar, Şuşa şəhərinin müxtəlif yerlərinə ekskursiyalar təşkil olunub.
Şəhidlərimizin övladları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi ilə yaxından tanış olmaq, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər.
Azvision.az