Azərbaycanlı həkim Türkiyədə vəfat etdi

   Azərbaycanlı həkim Türkiyədə vəfat etdi
  26 Sentyabr 2021    Oxunub:876
Türkiyədə müalicə olunan azərbaycanlı həkim Ramil Həsənli vəfat edib.
Azvision.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, gənc həkim ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, 31 yaşlı həkim-kardioloq Ankara Qazi Universiteti xəstəxanasında COVİD-19-dan sonra ağciyərin zədələnməsi diaqnozu ilə müalicə alırdı. 31 yaşlı həkim müalicəsi müddətində təkrar pnevmaniya keçirmiş və vəziyyəti ağırlaşmışdı.

Azvision.az


Teqlər: Həkim  





Xəbər lenti