Messinin 20 min avro ödədiyi kirayə ev

   Messinin 20 min avro ödədiyi kirayə ev
  26 Sentyabr 2021    Oxunub:1064
PSJ-nin futbolçusu Lionel Messi yeni evinə köçüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, mənzil Parisin ən yaxşı bölgələrindən birində yerləşir.

Evin 300 kvadratmetrlik sahəsi və 4 yataq otağı var. Messi bu ev üçün ayda 20 min avro kirayə haqqı ödəyəcək. 34 yaşlı hücumçu komanda yoldaşları Anhel di Mariya və Leonardo Paradeslə qonşu olacaq.

Qeyd edək ki, Messi ötən ay PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Azvision.az


Teqlər: Messi  





Xəbər lenti