Qəbələdə irigövdəli ağac aşıb, yol bağlanıb

Qəbələdə irigövdəli ağac aşıb, yol bağlanıb
  26 Sentyabr 2021    Oxunub:655
Qəbələ rayonunda irigövdəli ağacın aşması nəticəsində yol bağlanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsində və Hacıalılı kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub.

FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub. Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacları hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yollarda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti