Heydər Əliyev Sarayında yanğın olmayıb - FHN təkzib etdi

  26 Sentyabr 2021    Oxunub :372
 Heydər Əliyev Sarayında yanğın olmayıb -  FHN təkzib etdi
Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.

Azvision.az

Teqlər: FHN  







Xəbər lenti