Hindistan müharibəyə hazırlaşır?: Müdafiə Nazirliyi 118 tank sifariş verib

   Hindistan müharibəyə hazırlaşır?:   Müdafiə Nazirliyi 118 tank sifariş verib
  25 Sentyabr 2021    Oxunub:1762
Hindistan Silahlı Qüvvələrin ehtiyacları üçün 118 ədəd "Arjun Mk-1A" tankı alıb. Azvision.az xəbər verir ki, bu barədə Rusiya hərbi saytı məlumat yayıb. Bildirilir ki, bu son illərin ən böyük sifarişi sayılır.
Sifarişin ümumi məbləği 1.02 milyard dollardır. Hindistan Silahlı Qüvvələrinin Baş Komandanı general Manoj Mukundun sözlərinə görə, belə bir satınalma tank bölmələrinin təcili olaraq yenilənməsinə ehtiyacdan irəli gəlib. Müqavilənin şərtlərinə görə, "Arjun Mk-1A" tankının ilkin partiya 30 ay ərzində Hindistan qoşunlarına təhvil verilməlidir. Bundan əlavə, hər il Hindistan ordusuna onlarla döyüş maşınının da verilməsi planlaşdırılır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Tank   Hindistan  





Xəbər lenti