Yaponiya başqa ölkələrə 60 milyon vaksin verəcək

  25 Sentyabr 2021    Oxunub :346
Yaponiya başqa ölkələrə 60 milyon vaksin verəcək
Yaponiya xarici ölkələrə təxminən 60 milyon dozada COVID-19 peyvəndi verəcək.
Azvision.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Yoşihide Suqa BMT -nin 76 -cı Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Yaponiya "COVAX" və digər təşəbbüslər vasitəsi ilə ölkələrə ölkəmizdə istehsal edilən təxminən 23 milyon doz vaksin təqdim etdi. Bu gün bunu bəyan etməyə görə şadam ki, Yaponiya başqa ölkələri əlavə olaraq ümumilikdə 60 milyon dozaya qədər vaksinlə təmin edəcək"-,Suqa deyib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Yaponiya   Vaksin  







Xəbər lenti