Çin kriptovalyutalarla əməliyyatları qadağan etdi

Çin kriptovalyutalarla əməliyyatları qadağan etdi
  25 Sentyabr 2021    Oxunub:1176
Çin Mərkəzi Bankının qərarına əsasən, bitkoinlə və digər kriptovalyutalarla ticarət işləri aparmaq cinayət hesab ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Virtual valyutalarla əlaqəli biznes işləri qanunsuz maliyyə fəaliyyəti hesab olunur"-, Çinin mərkəzi bankından bildirilib.

Bankda belə hesab edirlər ki, kriptovalyutalar ölkə əhalisinin aktivlərini təhlükə altına qoyur.

Qeyd edək ki, Çin kriptovalyutalar üçün dünyanın ən böyük bazarlarından biri sayılır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çin   Kriptovalyuta  





Xəbər lenti