Ukraynada bir günə 159 min nəfər peyvənd olunub

Ukraynada bir günə 159 min nəfər peyvənd olunub
  25 Sentyabr 2021    Oxunub:690
Ukraynada sentyabrın 24-də 159,004 nəfər koronavirus xəstəliyinə qarşı peyvənd edilib. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Son 24 saat ərzində 159,004 nəfərə COVID -19 əleyhinə peyvənd vurulub. Birinci dozanı 96,885 nəfər, ikinci dozanı isə 62,119 nəfər vurdurub", - məlumatda deyilir.

Bildirilir ki, gün ərzində 966 mobil qrup, 2977 peyvənd məntəqəsi və 345 peyvənd mərkəzi çalışıb.

Qeyd edək ki, Ukrayna vaksinasiya statistikasının gündəlik 100 mini keçdiyi nadir ölkələrdəndir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ukrayna   Peyvənd  





Xəbər lenti