Nazir: "YUNESKO-dan ədalətli və qərəzsiz mövqe gözləyirik"

      Nazir:    "YUNESKO-dan ədalətli və qərəzsiz mövqe gözləyirik"
  25 Sentyabr 2021    Oxunub:1248
UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir.


Azvision.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar YUNESKO-ya onlara çatdırılıb: “Məsələ hazırda YUNESKO tərəfindədir. Biz onlardan bu məsələyə ədalətli və qərəzsiz mövqe gözləyirik. Gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, missiyanı sırf öz mandatına uyğun olaraq həyata keçirəcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktları araşdırılsın və bütün dünya buna qiymət versin. Ona görə də belə bir missiyanın keçirilməsinin Azərbaycan hər zaman tərəfdarı olub. Biz gözləyirik ki, YUNESKO da bu məsələyə eyni həssaslıqla yanaşsın".

Azvision.az



Teqlər: YUNESKO  





Xəbər lenti