Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı
  25 Sentyabr 2021    Oxunub:1333
Ermənistanda son sutka ərzində daha 1066 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 257 620 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 23 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5239-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1201 nəfərdir. Aktiv xəstələrin sayı 12 067 nəfər təşkil edir.

Vaksin vurdur, tamaşaya bax: Peyvəndlənən erməniləri teatra göndərirlər
Bu arada qeyd edək ki, Ermənistanın "Azad İradə" Təşəbbüsünün üzvü, Vəkillər Palatasının sədri Ara Zöhrabyan baş nazir Nikol Paşinyanın koronavirusla bağlı yalanını üzə çıxarıb. Zöhrabyan deyir ki, ölkədə vaksinasiyadan keçənlər də artıq virusdan ölürlər.

-Baş nazir Nikol Paşinyan "300 mindən çox peyvənd olunan vətəndaşların içərisində ciddi fəsadlarla qarşılaşan olmayıb" dedi. Əminəm ki, Nikol Paşinyana yanlış məlumat verilib. Çünki əks təqdirdə o belə bir bəyanat verməzdi.
Bu arada Temur Qriqori Narinyanı yada salım. O da peyvəndlənmişdi. Birinci dozanı 27.07.2021, ikinci dozanı isə 31.08.2021 ci ildə vurdurmuşdu. Ancaq 09.11.2021 -ci ildə virusa yoluxdu. Xəstəxanaya yerləşdirilsə də sentyabrın 17-də məhz koronavirusdan öldü ".

Qeyd edək ki, Ermənistan hələ də vaksinasiya proseslərinin ləng getdiyi ölkələr sırasındadır. Səhiyyə nazirliyi vətəndaşların peyvənd olunmasına marağı artırmaq üçün müxtəlif üsullara əl atır. Bu yaxınlarda vaksinasiyadan keçənlərə pulsuz teatr biletləri də paylandı. Yeni dərs ilindən isə müəllimlərin məcburi vaksin olunması gözlənilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:   Virus   Ermənistan   Vaksin  





Xəbər lenti