Şəhid övladları Şuşada "Xudayar təsnifi" oxudular – VİDEO

  24 Sentyabr 2021    Oxunub :566
   Şəhid övladları Şuşada "Xudayar təsnifi" oxudular –    VİDEO
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.
Şəhid övladlarının könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuması hər kəsi kövrəldib. Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunublar.


Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə, Şuşa dağlarına gülab səpərək, dualar oxuyublar.

Azvision.az

Teqlər: Şəhidlər   Şuşa  







Xəbər lenti