İrəvanda eks-deputatın oğlunu güllələdilər

   İrəvanda eks-deputatın oğlunu güllələdilər
  24 Sentyabr 2021    Oxunub:1332
Ermənistanda keçmiş deputatlardan birinin oğlu güllələnib. Azvision.az xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb. Bildirilir ki, gecə saatlarında İrəvanın mərkəzində baş verən atışma nəticəsində tanınmış şəxslərdən birinin övladı da yaralanıb.
"Gecə saat 02:40 radələrində polisə "Moskva" kinoteatrının yaxınlığındakı Abovyan küçəsində atışma olması və ərazidə yaralıların qalması barədə məlumat daxil olub. Xəsarət alan iki nəfər 1 saylı universitet klinikasına yerləşdirilib. Bunlar Tavuş bölgəsinin sakinləri, 23 yaşlı Arman Xaçatryan və 24 yaşlı Sergey Melikyan olub. Sergey Melikyan Ermənistan Respublika Partiyasından olan keçmiş deputat Qaqik Melikyanın oğludur"-,məqalədə yazılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: İrəvan   Atışma  





Xəbər lenti