Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib
Danışıqlar zamanı diasporlararası əlaqələrin gücləndilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, "Fikirdə, sözdə və işdə birlik" ideyası ətrafinda türkdilli ölkələrin diasporlarının bir araya gəlməsinin, diaspor quruculuğu sahəsindəki təcrübə və imkanlar mübadiləsinin vacib olduğu vurğulanıb.
“Türk Şurası çərçivəsində əməkdaşlığımızı artırmalı, layihələr həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq”, - A.İsmayılov vurğulayıb.
Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsinin ildönümünün yaxınlaşdığını nəzərə çatdıran C.Məmmədov qonaqları 27 sentyabr 2021-ci il tarixində UAR-ın ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.
Azvision.az
Teqlər: Qırğızıstan