Hadrut və Tuğ şərab marşrutuna əlavə ediləcək

 Hadrut və Tuğ şərab marşrutuna əlavə ediləcək
  24 Sentyabr 2021    Oxunub:1010
İşğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində yeni şərab klastrı yaradılacaq

Azvision.az xəbər verir ki, Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.
Onun sözlərinə görə, bu zonada yetişən Xındoğlu sortu ilə bağlı araşdırma aparılıb.

"Eyni zamanda Tuğda vaxtilə şərab zavodu olub və o yenidən bərpa olunacaq. Ümid edirik ki, tezliklə bu zonaya yeni şərabçılıq marşurutu olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şərab  





Xəbər lenti