Rusiyaya məxsus helikopter qəzaya uğrayıb

Rusiyaya məxsus helikopter qəzaya uğrayıb
  24 Sentyabr 2021    Oxunub:1146
Dünən Rusiyada yoxa çıxan helikopterin qəzaya uğradığı bəlli olub. Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Kamçatkada Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Şərqi Arktika Bölgəsi sərhəd şöbəsinin "Ka-27" helikopteri qəzaya uğrayıb. Helikopterdə 5 ekipaj üzvü olub. İtkin düşmüş helikopter Moskva vaxtı ilə saat 22.10-da Elizovski rayonunun Nikolaevka qəsəbəsindən 10 kilometr şimal-qərbdə tapılıb. Kəşfiyyat işlərinə 13 nəfər və 3 texnika cəlb edilmişdi"-,məlumatda deyilir.

Qeyd edək ki, dünən axşam saatlarında Rusiyanın Kamçatka yarımadasında təlim uçuşu həyata keçirən “Ka-27” helikopteri əlaqə kəsilib.
1970-ci illərdə SSRİ-də istehsal olunan “Ka-27” vertolyotunun təyinatı sualtı gəmilərə qarşı nəzərdə tutulub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Helikopter   Qəza  





Xəbər lenti