Blinken və Çavuşoğlu Qarabağı müzakirə ediblər

Blinken və Çavuşoğlu Qarabağı müzakirə ediblər
  22 Sentyabr 2021    Oxunub:1089
ABŞ-ın dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar. Tərəflər bir sıra regional problemləri müzakirə ediblər.
Azvision.az bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir.

Məlumata görə, Blinken və Çavuşoğlu iki ölkə arasında çoxşaxəli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

"Türkiyə NATO-nun əhəmiyyətli bir müttəfiqidir və tərəflər Əfqanıstanla bağlı birgə səyləri və narahatlıq doğuran regional problemləri müzakirə ediblər", - məlumatda vurğulanıb.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli xüsusi nümayəndəsi isə jurnalistlər üçün keçirdiyi brifinqdə Blinken və Çavuşoğlunun Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan, Azərbaycan və Qarabağ barədə müzakirələr apardığını bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası 21-27 sentyabr tarixlərində keçirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BMT   Qarabağ  





Xəbər lenti