Büdcə layihəsi müzakirə edilib

  21 Sentyabr 2021    Oxunub :442
Büdcə layihəsi müzakirə edilib
Sentyabrın 21-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.
Azvision.az -a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunub.

Azvision.az

Teqlər: İqtisadi-Şura   İclas  







Xəbər lenti