ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın üç bölməsi İraqı tərk edəcək

  21 Sentyabr 2021    Oxunub :290
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın üç bölməsi İraqı tərk edəcək
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının bir neçə bölməsi sentyabrın sonuna qədər İraq ərazisini tərk edəcək.
Azvision.az xəbər verir ki, bu barədə İraq ordusunun nümayəndəsi general-mayor Tahsin əl-Xəfəci bildirib.

"ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın üç bölməsi sentyabrın sonunda İraqı tərk edəcək", - o deyib.

General-mayor İraqın artıq öz ərazisində xarici döyüş qüvvələrinə ehtiyacı olmadığını əlavə edib.

Xatırladaq ki, 5 yanvar 2020-ci ildə İraq parlamenti bütün xarici qüvvələrin ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edən qərar qəbul etdi. İyulun 26 -da ABŞ prezidenti Co Bayden ölkəsinin İraqdakı hərbi missiyasının ilin sonuna qədər tamamlanacağını, lakin iki ölkənin terrorla mübarizədə əməkdaşlığının davam edəcəyini açıqladı.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   İraq  







Xəbər lenti