Murovdağ tuneli ilə bağlı yanlış xəbər yayılıb - Rəsmi dəqiqləşdirmə

Murovdağ tuneli ilə bağlı yanlış xəbər yayılıb -  Rəsmi dəqiqləşdirmə
  21 Sentyabr 2021    Oxunub:1549
Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, Murovdağ tunelin inşasına avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərindən sonra başlanılıb. Təbii ki, qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür.

Məlumata görə, hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1 700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Tunelin yalnız 70 metrlik hissəsində qazma işləri tamamlanıb, digər işlər isə davam etdirilir.

Videosu yayılan tunel isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunan 6 tuneldən biridir. Tunelin tikintisinə Prezident İlham Əliyevin iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoymasından sonra başlanılıb.

Sözügedən tunelin uzunluğu 431 metr təşkil edir. Tuneldə bir istiqamət üzrə qazma işləri tamamlanıb, əks istiqamət üzrə hazırda qazma işləri davam etdirilir.

Azvision.az


Teqlər: Murovdağ  





Xəbər lenti