Latviya səfirliyi "Qarabağ atları" adlı sərgi təşkil edəcək

Latviya səfirliyi "Qarabağ atları" adlı sərgi təşkil edəcək
  21 Sentyabr 2021    Oxunub:752
Latviyanın Azərbaycandakı səfirliyi “Arts Council of Azerbaijan” və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə latviyalı fotoqraf və rəssam Dase Ştrausanın "Qarabağ atları" adlı sərgisini təşkil edəcək.
Bu barədə Azvision.az - a Latviya səfirliyindən məlumat verilib.

Sərgi 24-28 sentyabr tarixlərində "Art Tower Galereya"da baş tutacaq.

Dase Ştrausa paytaxt Bakıda 3 il yaşayıb, onun mədəniyyəti və insanları ilə yaxından tanış olub. Azərbaycanda yaşadığı müddət ərzində sehrləri ilə bir çox nəsillərin könüllərini fəth edən Qarabağ atları ilə tanış olmaq imkanı əldə edib.
Dase Ştrausa artiq bir neçə ildir ki, Azərbaycanı tərk edib. Lakin hələ də Azərbaycan atları onu yeni sənət əsərləri yaratmağa ruhlandırmaqdadır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ-atları   Sərgi  





Xəbər lenti